...

Ukraynada yaşayan qafqazlılar fransız merin separatçı Dağlıq Qarabağ rejimi ilə imzaladığı sənədə etiraz ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Oktyabr 2014 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Ukraynada yaşayan qafqazlılar fransız merin separatçı Dağlıq Qarabağ rejimi ilə imzaladığı sənədə görə Fransanın və ATƏT-in Kiyevdəki səfirliklərinə etiraz bəyanatı göndəriblər.

Trend-in məlumatına görə, Ukrayna Xarici İşlər Nazirliyində çalışan Azərbaycanın Dubaydakı keçmiş vitse-konsulu Paşa Məmmədovun rəhbərlik etdiyi Qafqaz Xalqları təşkilatları Fransanın, ATƏT-in, Avropa İttifaqının və Ermənistanın Kiyevdəki diplomatik nümayəndəliklərinə etiraz bəyanatı göndəriblər.

Ukrayna Qafqaz Xalqları Konqresindən verilən məlumata görə, P.Məmmədovun rəhbərliyi ilə Qafqaz xalqları tələb ediblər ki, Fransanın Burq-Le-Valans şəhərinin merinin Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə Fransanın Burq-Le-Valans şəhəri arasında dostluq haqqında imzaladığı bəyannamə rədd edilməli və pislənilməlidir.

Etiraz bəyanatında tələb olunur ki, əks təqdirdə Ukraynadakı Qafqaz xalqları qeyd olunan nümayəndəliklər qarşısında kütləvi aksiyalar təşkil edəcəklər:

"Xatırladaq ki, Dağlıq Qarabağ və 7 ətraf rayon Ermənistan tərəfindən 1992-1993 illər ərzində işqal olunub və 20 ildən artıqdır işqal altındadır. BMT-nin bu ərazilərin azad olunması barədə 4 qətnaməsi də qabul olunub. Fransa Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması üzrə ATƏT-in Minsk qrupunun həmsədridir. Ukraynada yaşayan Qafqaz xalqları bu gün Ukraynanın separatizmlə üzləşməsinin şahididir. Avropa Ukrayna simasında separatizm təhlükəsi ilə üzləşmiş halda Avropa şəhərinin merinin belə bir özbaşınalığı beynəlxalq qanunvericiliyə ziddir və Avropa ölkələrinin Ukraynadakı hadisələr fonunda tutduğu mövqeyə ziddir. Merin imzaladığı sənəddə dünyanın heç bir dövlətinin tanımadığı işğalçı rejimin "Dağlıq Qarabağ respublikası" kimi qeyd olunması, dəstək ifadə edilməsi və belə bir sənədi Avropa merinin imzalaması bizi sarsıdıb. Belə bir hərəkətə ABŞ və Avropa ölkələrinin rəsmilərinin susması yolverilməzdir. Biz tələb edirik ki, ABŞ və Avropa ölkələri bu bəyannaməni pisləməli və ləğv olunmasına nail olmalıdırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti