...

Cəbhə xəttində monitorinq zamanı Ermənistan tərəfindən atəş səsləri eşidilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Oktyabr 2014 17:26 (UTC +04:00)
Beynəlxalq müşahidəçilərin cəbhə xəttində monitorinqi zamanı Ermənistan tərəfindən atəş səsləri eşidilib.
Cəbhə xəttində monitorinq zamanı Ermənistan tərəfindən atəş səsləri eşidilib

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İlkin İzzət/

Beynəlxalq müşahidəçilərin cəbhə xəttində monitorinqi zamanı Ermənistan tərəfindən atəş səsləri eşidilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, oktyabrın 16-da ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığında qoşunların təmas xəttində monitorinq keçirilib.

Monitorinqdən əvvəl kənd sakinləri Azərbaycan tərəfdən monitorinqi həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədirləri - İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), elecə də ABŞ təmsilçisi Ceyms Uorlikin köməkçisi David Salvo ilə görüşüblər.

Qısa söhbətləşmə zamanı kənd sakinləri beynəlxalq müşahidəçilərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin illərdir uzanaraq davam etməsindən, konfliktin həlli istiqamətində səylərin nəticəsiz qalmasından, ərazilərimizin erməni işğalında olmasından, Ermənistan Silahlı Qüvvələri tərəfindən mülki əhalinin, yaşayış məntəqələrinin, o cümlədən qeyri-hərbi obyektlərin daim atəş altında saxalanılmasından narazılıqlarını ifadə ediblər.

Sonra nümayəndə heyəti öz missiyasını yerinə yetirmək məqsədilə monitorinq keçiriləcək əraziyə yollanıb. Monitorinq qrupu təmas xəttinin qarşı tərəfinə keçməzdən əvvəl Ermənistan silahlı qüvvələrinin bölmələrinin yerləşdiyi istiqamətdən atəş səsləri eşidilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti