...

Ermənistan parlamenti separatçı Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması layihəsini rədd edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Noyabr 2014 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

Ermənistan parlamenti bugünkü iclasında "İrs" fraksiyasının təqdim etdiyi Azərbaycanın separatçı regionu olan Dağlıq Qarabağın tanınması haqqında layihəni rədd edib.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, səsvermədən öncə Ermənistan Respublika Partiyasının deputatı Artak Zakaryan bildirib ki, bu, vaxtında olan qanun layihəsi deyil, buna görə təmsil etdiyi partiya səsvermədə iştirak etməyəcək.

Bununla da qanun layihəsinin lehinə 8 deputat səs verib, biri isə bitərəf olub, qalanları səs verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti