...

Lüksembuqrda "Qarabağ" Mədəniyyət Cəmiyyətinin məlumat bürosu açılacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Noyabr 2014 17:02 (UTC +04:00)
Lüksemburqda “Qarabağ” Mədəniyyət Cəmiyyətinin məlumat bürosu fəaliyyətə başlayır.
Lüksembuqrda "Qarabağ" Mədəniyyət Cəmiyyətinin məlumat bürosu açılacaq

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir İlkin İzzət/

Lüksemburqda "Qarabağ" Mədəniyyət Cəmiyyətinin məlumat bürosu fəaliyyətə başlayır.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Rövşən Rzayev və deputat Fuad Muradov noyabrın 26-dan 28-dək Lüksemburqda səfərdə olacaqlar.

Deputatlarımız 2011-ci ildən bu ölkədə fəaliyyət göstərən "Qarabağ" Mədəniyyət Cəmiyyətinin paytaxt Lüksemburq şəhərində məlumat bürosunun açılışında iştirak edəcəklər.

Həmin büro Azərbaycan, həmçinin işğal olunmuş Dağlıq Qarabağ bölgəsi haqqında tarixi, mədəni, turistik məlumatların yerli əhaliyə çatdırılması, tanıtma məqsədi daşıyan tədbirlərin təşkili ilə məşğul olacaq.

Azərbaycan diasporunun yerli üzvləri ilə yanaşı, xarici nümayəndələrin də təmsil olunduğu "Qarabağ" Mədəniyyət Cəmiyyətinin bu tədbirində Milli Məclisin deputatları Dağlıq Qarabağ münaqişəsinin tarixi-siyasi kökləri haqqında ətraflı məlumat verəcək, Azərbaycan həqiqətlərini bir daha Avropa ictimaiyyətinin diqqətinə çatdıracaqlar.

Büronun açılış mərasimində R.Rzayev Dağlıq Qarabağın Azərbaycanlı İcması adından çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti