...

Türkiyənin "Sabah" qəzeti Azərbaycanın müstəqilliyinə qarşı olan yazı ilə bağlı açıqlama verdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2014 15:27 (UTC +04:00)
Türkiyənin "Sabah" qəzeti Azərbaycanın müstəqilliyinə qarşı olan yazı ilə bağlı Trend-ə açıqlama verib.
Türkiyənin "Sabah" qəzeti Azərbaycanın müstəqilliyinə qarşı olan yazı ilə bağlı açıqlama verdi

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin "Sabah" qəzeti Azərbaycanın müstəqilliyinə qarşı olan yazı ilə bağlı məsələyə mövqeyini açıqlayıb.

Qəzetin İdarə Heyətindən Trend-ə verilən açıqlamada yazının qərəzli olaraq verilmədiyi və jurnalistin səhvi olduğu bildirilir.

Qeyd olunub ki, qəzet rəhbərliyi yanlışlıqla gedən yazı ilə bağlı aidiyyəti qurumlara açıqlama verib və rəhbərlik Dağlıq Qarabağ məsələsinin həssas mövzu olduğunu bilir.

Məlumat üçün qeyd edək ki, dünən "Sabah" qəzeti Azərbaycanın müstəqilliyinə qarşı olan yazı yayımlayaraq, Dağlıq Qarabağı ayrıca bir respublika kimi ("Dağlık Karabağ Cumhuriyeti") təqdim edib.

Bu gün qəzet Azərbaycanın müstəqilliyinə qarşı olan yazıda səhvini düzəldib. Trend-in məlumatına görə, qəzetdə yer alan "3 Başkenti, 11 resmi dili ve 5 dilde ulusal marşı var!" adlı məqalədə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisi artıq müstəqil dövlət kimi qeyd olunmayıb (http://www.sabah.com.tr/dunya/2014/11/09/3-baskenti-11-resmi-dili-ve-5-dilde-ulusal-marsi-var).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti