...

Minsk qrupunun həmsədrləri prezidentləri yenidən görüşdürmək istəyirlər (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Fevral 2015 21:40 (UTC +04:00)
ATƏT Minsk Qrupunun həmsədrləri tərəfləri prezidentlər arasında dialoqu yeniləməyə çağırırlar
Minsk qrupunun həmsədrləri prezidentləri yenidən görüşdürmək istəyirlər  (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 6 fevral /Trend/

ATƏT Minsk Qrupunun həmsədrləri tərəfləri prezidentlər arasında dialoqu yeniləməyə çağırırlar. Trend-in məlumatına görə, bu haqda həmsədrlər Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan ilə fevralın 5-də Münxendə baş tutan ğörüşdən sonra deyiblər.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andre (Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər.

"Biz Ermənistan və Azərbaycan sərhədində, eləcə də təmas xətti boyunca insidentlərin sayının artdığını həyəcanla qeyd edirik. Biz nazir ilə həm də belə hadisələrin ehtimalının azaldılması üçün təklif olunan tədbirləri müzakirə etdik. Xüsusilə, tərəflər 12 noyabr vurulan helikopter hadisəsinin təkrarlanmasının qarşısının alınması üçün tədbirlər görməlidirlər", - deyə, bəyanatda bildirilib.

Həmsədrlər bildirdilər ki, zorakılıq və tərəflər arasında gərginlik davamlı həllə nail olmaq üçün əhatəli danışıqların başlanmağının vacibliyini vurğulayır. "Biz naziri daha çox çeviklik göstərməyə çağırdıq ki, bu cür danışıqlar başlaya bilsin", - deyə, həmsədrlər bildirdi.

Vasitəçilər həmçinin tərəflərin itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi üzrə razılaşmalarının yerinə yetirilməsinin vacibliyini qeyd ediblər. "Bundan başqa, biz prezidentlər arasında dialoqun mümkün qədər tez bərpa olunmasına çağırdıq", - deyə, bəyanatda bildirilib.

Həmsədrlər regiona bu ayın axırında gələcəklər.

Qeyd edək ki, noyabrın 12-də saat 13:45-də cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti