...

Həmsədrlər Helsinkidə məsləhətləşmələr aparacaqlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Fevral 2015 16:16 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi üzrə məsləhətləşmələr aparmaq üçün Helsinkiyə gəliblər.
Həmsədrlər Helsinkidə məsləhətləşmələr aparacaqlar

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir Anaxanım Hidayətova/

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi üzrə məsləhətləşmələr aparmaq üçün Helsinkiyə gəliblər.

Trend xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik "Twitter" sosial şəbəkəsindəki səhifəsində qeyd edib.

C.Uorlik yazır: "Finlandiya ATƏT-in Minsk qrupunun üzvüdür və biz məsləhətləşmələr üçün Helsinkiyə gəlmişik. Dağlıq Qarabağ münaqişəsi üzrə fikir mübadiləsi apara biləcəyimiz görüşü səbirsizliklə gözləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti