...

ATƏT-in cəbhədəki monitorinqləri intensivləşir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Fevral 2015 09:42 (UTC +04:00)
ATƏT cəbhədə qoşunların təmas xəttində növbəti monitorinqini keçirəcək.
ATƏT-in cəbhədəki monitorinqləri intensivləşir

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İlkin İzzət/

ATƏT təmas xəttində növbəti monitorinqini keçirəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 20-də Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti