Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir Anaxanım Hidayətova/
ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) Minskdə səfərdədirlər.
Trend xəbər verir ki, bu barədə amerikalı həmsədr Ceyms Uorlik Twitter-dəki səhifəsində yazıb: "Minskdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrdə iştirak etməyə şadam".