...

Davudoğlu Ermənistanı işğalı dayandırmağa çağırdı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Aprel 2015 15:36 (UTC +04:00)
Türkiyənin Baş naziri Əhməd Davudoğlu Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsinin vacibliyini vurğulayıb.
Davudoğlu Ermənistanı işğalı dayandırmağa çağırdı

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsinin vacibliyini vurğulayıb. Trend-in məlumatına görə, bunu Ə.Davudoğlu "CNN Türk" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycan torpaqlarını hələ də işğal altında saxlaması qəbuledilməzdir.

Ə.Davudoğlu qeyd edib ki, Türkiyə Cənubi Qafqazda həmişə sabitlik və sülhün tərəfdarı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti