...

Argentinalı jurnalist XİN-in "qara siyahısı"na salındı və çıxarıldı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Aprel 2015 10:31 (UTC +04:00)
Argentinanın "Tiempo Argentino" qəzetinin redaktor müavini Luis Faraoni 18-23 mart 2015-ci il tarixində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edib və onun adı arzuolunmaz şəxslər siyahısına daxil edilib.
Argentinalı jurnalist XİN-in "qara siyahısı"na salındı və çıxarıldı

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir Səba Ağayeva/

Argentinanın "Tiempo Argentino" qəzetinin redaktor müavini Luis Faraoni martın 18-23-də Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib və onun adı arzuolunmaz şəxslər siyahısına daxil edilib. Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

H.Hacıyev bildirib ki, L.Faraoni Azərbaycanın Argentinadakı səfirliyinə məktubla müraciət edərək, Azərbaycanın Ermənistan tərəfindən hərbi yolla işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərinin adının arzuolunmaz şəxslər siyahısına salınacağı ilə nəticələnəcəyindən xəbərsiz olduğunu qeyd edib.

O, işğal olunmuş ərazilərə səfərinin Azərbaycanla problem yaratdığına görə çox təəssüf hissi keçirdiyini ifadə edib və bu əməlinin ağırlığını qəbul edərək, eyni hərəkətin gələcəkdə təkrarlanmayacağını bildirib.

L.Faraoni Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətini ifadə edərək, adının Azərbaycan hökumətinin müvafiq siyahısından çıxarılması məsələsinin nəzərdən keçirilməsini xahiş edib.

L.Faraoninin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barədə qərar qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti