...

ATƏT-in monitorinqi insidentsiz ötüşdü

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Aprel 2015 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel /Trend/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 27-də Goranboy rayonunun Zeyvə kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Bu barədə Trend Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Yevgeni Şarov və Saymon Tiller keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti