...

İran Dağlıq Qarabağdakı separatçı rejimin əleyhinədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 May 2015 14:38 (UTC +04:00)
İran Dağlıq Qarabağ münaqişəsində Azərbaycan tərəfini dəstəkləyir.
İran Dağlıq Qarabağdakı separatçı rejimin əleyhinədir

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir Ümid Niayeş/

İran Dağlıq Qarabağ münaqişəsində Azərbaycan tərəfini dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfirliyinin saytında dərc olunan məlumatda deyilir.

Məlumatda İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Mərziyyə Əfxəmə istinadən qeyd olunur ki, Tehran Dağlıq Qarabağda qondarma "parlament seçkiləri"ni tanımır.

M.Əfxəm deyib: "Biz hesab edirik ki, belə addımlar regionda problemin həlli prosesini çətinləşdirir".

O, həmçinin bildirib ki, İran regionda sülh, təhlükəsizlik və sabitliyin əleyhinə yönələn istənilən fəaliyyətin əleyhinədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti