...

Beynəlxalq ictimaiyyət Ermənistanın hərbi təxribatlarına hazır olmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 İyun 2015 09:42 (UTC +04:00)
1904-cü ildə Çar Rusiyasının jandermeriya rəisi Pleve sonradan məşhurlaşmış ifadə işlətdi: "İnqilabın qarşısını almaq üçün bizə kiçik müharibə lazımdır".
Beynəlxalq ictimaiyyət Ermənistanın hərbi təxribatlarına hazır olmalıdır

Elmira Tariverdiyeva - Trend:

1904-cü ildə Çar Rusiyasının jandermeriya rəisi Pleve sonradan məşhurlaşmış ifadə işlətdi: "İnqilabın qarşısını almaq üçün bizə kiçik müharibə lazımdır".

Bu ifadə qələbə qazandıracağı və ya məğlibiyyətə səbəb olacağı ilə maraqlanmadan "kiçik müharibə" törədərək xalqın diqqətini uğursuz hərəkətlərindən yayındırmağa çalışan və daxili siyasətdə müflis vəziyyətdə olan hökumətin hərəkətlərini xarakterizə edir.

Hazırda beynəlxalq ictimaiyyət Ermənistanın böyük xalq qiyamı astanasında olmasına çox diqqətlə yanaşmalıdır. Məsələ burasındadır ki, xalqının əsas düşməni olan prezident Serj Sarkisyan döyüşsüz təslim olmaq istəmir. Ola bilsin ki, o, hər şeyə tüpürərək ölkədən qaçmağa razıdır. Lakin bu addım Sarkisyanın yalnız fasad funksiyasını icra etdiyi ölkənin kriminal-oliqarxiya idarəetmə sistemini təhlükə altına sala bilər. Buna görə tezliklə qapaz almaq da olar.

Bu səbəbdən Sarkisyan üçün simasını və kürsüsünü qorumağın yeganə yolu Dağlıq Qarabağ münaqişəsində fikir yayındırıcı manevr olacaq. Təəssüf ki, bu mövzu rəsmi Yerevan üçün növbəti dəfə uğurlu vasitəyə çevrilir.

Ötən ilin xronologiyasını xatırlasaq aydın olur ki, Ermənistanda hökumətin Avrasiya İqtisadi İttifaqı barədə qərarına qarşı etirazlar başlayanda Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyət kəskin şəkildə pisləşməyə başladı. O zaman beynəlxalq ictimaiyyət tərəfləri iş-işdən keçəndən sonra təmkinli olmağa çağırdı.

Hazırda ötən ilin səhvlərini buraxmamaq vacibdir. Regiondakı vəziyyətlə tanış olan istənilən müşahidəçi üçün aydındır ki, Ermənistan ən qısa vaxt ərzində diqqəti mərkəzdən qoşunların təmas xəttinə yayındıracaq. Bunun üçün bir çox insanın həyatına son qoyacaq növbəti təxribatlar təşkil ediləcək.

Əgər beynəlxalq qüvvələr bu gün Dağlıq Qarabağ münaqişəsində Ermənistan hakimiyyətinin təcavüzkar hərəkətlərinə qarşı fəal və qəti addımlar atmasa, sabah regionda qeyri-sabitliyin növbəti mərhələsinin şahidi olacağıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti