XİN: Qondarma “seçkilər”in keçirilməsi aydın şəkildə göstərir ki, Ermənistan status-kvonun saxlanılmasında maraqlıdır

XİN: Qondarma “seçkilər”in keçirilməsi aydın şəkildə göstərir ki, Ermənistan status-kvonun saxlanılmasında maraqlıdır

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir Səba Ağayeva/

Sentyabrın 13-də Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma separatçı rejim "özünüidarə orqanları"na qanunsuz "seçkilər" keçiriləcək. Trend-in məlumatına görə, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı etiraz bəyanatında qeyd olunur ki, Xarici İşlər Nazirliyi Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan Respublikası tərəfindən yaradılmış separatçı rejimin təcavüz və irqi ayrı-seçkiliyin mütləq nəticəsi olduğunu bir daha vurğulayır.

Bəyanatda deyilir: "Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun 2015-ci il tarixli "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə çıxardığı qərarında da təsdiq edildiyi kimi, bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində öz mövcudluğunu davam etdirir.
Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığı və zordan istifadə edərək Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi və bir milyondan artıq azərbaycanlını öz doğma torpaqlarından didərgin salaraq etnik təmizləmə həyata keçirdiyi və digər ağır cinayətlər törətdiyi hamıya yaxşı məlumdur. BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində təsbit olunduğu kimi, beynəlxalq ictimaiyyət Azərbaycana qarşı zor tətbiq edilməsi və bunun nəticəsində Azərbaycanın ərazilərinin işğalını kəskin şəkildə pisləyib və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü pozan istənilən əməlləri rədd edərək, bu əməllərin nəticəsində yaradılmış vəziyyətin qanuniliyinin tanınmaqdan imtina edib".

Bəyanatda daha sonra qeyd edilir: "Qondarma "seçkilər"in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, status-kvonun saxlanılması, işğalçı siyasətinin və ilhaq niyyətlərinin möhkəmləndirilməsi üçün davamlı addımlar ataraq, Ermənistanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı deyil və əksinə olaraq, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub. Azərbaycan ərazilərinin hərbi işğalının və etnik təmizləmə siyasətinin davam etdiyi zəmində bu qurama "seçkilər" Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və buna görə də bu "seçkilər"in heç bir hüquqi qüvvəsi ola bilməz".

XİN hesab edir ki, Ermənistan işğal edilmiş Azərbaycan ərazilərini ilhaq etməyə müyəssər ola bilməz: "Davamlı və uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə yolu yuxarıda qeyd edilən BMT Təhlükəsizlik Şurasının qətnamələrində də tələb edildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına və mülkiyyətlərinə qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsidir. Bu münaqişə yalnız Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyü əsasında həll edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasını pozan və beynəlxalq hüquqla uyğun olmayan fəaliyyət münaqişənin sülh yolu ilə həlli yolu ola bilməz. Güc tətbiq etməklə ərazinin işğalı beynəlxalq ictimaiyyət tərəfindən heç zaman qanuni tanına bilməz. Azərbaycan heç zaman öz ərazilərinin işğalı ilə barışmayacaq. Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç zaman Ermənistanın arzuladığı siyasi nəticəni verə bilməz".

Bəyanatda eyni zamanda qeyd olunur ki, Azərbaycan Respublikası beynəlxalq cəmiyyətin bütün üzvlərini beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə uyğun olaraq, Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımamağa və bu vəziyyətin saxlanılmasına yardım və kömək göstərməməyə və bu istiqamətdə təsirli tədbirlər görməyə çağırır. Ermənistan öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməli, ilhaqçılıq və etnik təmizləmə siyasətinə son qoymalı, münaqişənin nizamlanması prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir".

XİN-in bəyanatında bildirilir ki, Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni mövcudluğunun davam etməsi və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərlə əlaqədar beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün Azərbaycan Respublikasının atmaq məcburiyyətində qala biləcəyi addımların istənilən nəticələrinin məsuliyyəti tam şəkildə Ermənistan Respublikasının üzərinə düşəcəkdir".

"Dostluq" yatağının birgə işlənməsi kommersiya və texniki baxımdan cəlbedici olacaq - "Wood Mackenzie"
"Dostluq" yatağının birgə işlənməsi kommersiya və texniki baxımdan cəlbedici olacaq - "Wood Mackenzie"
Aztəminatlı tələbələrə təhsil kreditlərinin faizsiz verilməsi nəzərdə tutulur - Nazir
Aztəminatlı tələbələrə təhsil kreditlərinin faizsiz verilməsi nəzərdə tutulur - Nazir
Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollara çatır
Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollara çatır
Loading Bars
Xəbər lenti
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumunu müzakirə ediblər
Fransada 1 milyon nəfər koronavirusa qarşı peyvənd olunub
Qvineya sahillərində dəniz quldurları Türkiyəyə məxsus gəmini ələ keçiriblər, bir nəfər öldürülüb
Lənkəranda 14 yaşlı oğlan itkin düşüb, FHN axtarışlara başlayıb
Prezident İlham Əliyevin iqtisadi strategiyasının növbəti uğuru: "Dostluq" anlaşması - Həftənin Hadisəsi
Xızıda qarlı yolda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 600 mindən çox artıb
Nizami küçəsinin daimi "sakinləri": Karantin rejimi bir onlara təsir etməyib (VİDEO)
Nigeriyada qaz daşıyan avtomobil partlayıb, 30 nəfər ölüb
Prezident İlham Əliyev xalq artisti Eldar Quliyevi 80 illik yubleyi münasibətilə təbrik edib
Prezident İlham Əliyev Eldar Quliyevi “İstiqlal” ordeni ilə təltif edib
İspaniyada zəlzələ nəticəsində 1 nəfər xəsarət alıb
İran Fars körfəzində təhlükəsizlik və neft mövzularında ABŞ ilə əməkdaşlıq edə bilər - Zərif
Amerikalı telejurnalist Larri Kinq vəfat edib
Qətərdə koronavirusa yoluxanların sayı 150 min nəfərə çatır
Əlahiddə Ümumqoşun Orduda bir qrup hərbi qulluqçuya vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib (FOTO/VİDEO)
Şuşaya qalib kimi gəlmişik - Fərhad Bədəlbəyli və Polad Bülbüloğlu Şuşada (ÖZƏL)
Şahbuz rayonunda zəlzələ olub
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Almaniyada çap olunub (FOTO)
Məişətdə yanğın baş verməməsi üçün nə edilməlidir? - FHN
Kəlbəcər rayonunun Qamışlı kəndi (FOTO/VİDEO)
Azərbaycanda 705 nəfər COVID-19-dan sağalıb, 162 nəfər yoluxub, 8 nəfər vəfat edib
Heydər Əliyev Fondunun dəstəyi və “Bravo” supermarketlər şəbəkəsinin təşkilatçılığı ilə Qubadlı və Xocavənddə hərbiçilərimizə zəruri ərzaq məhsulları göndərilib (VİDEO)
Prezident İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib
Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiyaya 5 298 vətəndaş müraciət edib
“Vikipediya”nın alman dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılır
Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibi təsdiqləndi
Qlobal səviyyədə Komiks və Karikatura Yarışmasına start verilir
Qaradağ rayonunda böyük iməcilik keçirildi (FOTO)
Dövlət Neft Şirkətinin idarə edilməsi təkmilləşdirilir: Müşahidə Şurası yaradıldı - FƏRMAN
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Qarabağ Dirçəliş Fondu”na 100 min manat vəsait köçürüb
Tərtərdə karantin rejimini pozan çayxana aşkarlanıb
İsmayıl Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi
Evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub
ABŞ sakini lotereyada 1 milyard dollar udub
2 783 şəhidin 7 127 ailə üzvünə sosial ödənişlər təyin olunub
İranda 6 mindən çox şəxs koronavirusa yoluxub
Bakı aeroportunda qızıl qaçaqmalçısı tutuldu (FOTO) (VİDEO)
Vəzifəli şəxsin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi başlandı
Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu (FOTO)
Azərbaycanda yeni qanun layihəsi hazırlanır
Cəbrayıl rayonunun Aşağı Maralyan kəndi (FOTO)
Paytaxtda təmizliklə bağlı iməclik keçirilib (FOTO)
Erməni vandalizminin son həddi: Talan olan Zəngilan - Trend TV-nin REPORTAJI
Türkiyədə Rusiya vaksini istehsal ediləcək
"Dostluq" yatağının birgə işlənməsi kommersiya və texniki baxımdan cəlbedici olacaq - "Wood Mackenzie"
Gürcüstan XİN rəhbərinin müavini 20 Yanvar şəhidlərinin xatirəsini Azərbaycan Səfirliyində yad edib
Aztəminatlı tələbələrə təhsil kreditlərinin faizsiz verilməsi nəzərdə tutulur - Nazir
Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollara çatır
Fikrim ictimaiyyətə fərqli formada təqdim edilib - Emin Əmrullayev
22 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
"Standard & Poor's" agentliyi Azərbaycanın kredit reytinqi üzrə proqnozu yüksəldib
Şagirdlərin milli qiymətləndirilməsinin aparılması nəzərdə tutulur
"Torqovı"nun bağlı qalan obyektləri açılış gününü gözləyir (FOTO)
Azərbaycan nefti ucuzlaşır
Rusiyada koronavirusa 30 minə yaxın yeni yoluxma olub, 559 nəfər ölüb
Pandemiyada ölüm hallarının qarşısının alınması ilə bağlı layihənin ilk koordinasiya görüşü keçirilib
DİN sosial şəbəkə istifadəçilərinə dələduzlarla bağlı müraciət edib
Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır - Hikmət Hacıyev
Müharibə zamanı dağıdılan məktəblərlə bağlı qərarlar üzərində işlənilir - Nazir
“Yüksəliş” müsabiqəsi Hikmət Hacıyevin təqdimatında vebinar təşkil edib (FOTO)
Bazar günü hava yağmursuz keçəcək, 8 dərəcə isti olacaq
Rus hərbçisi Ermənistanda qəzaya düşüb öldü
Cəlilabadda qadın əri tərəfindən öldürüldü
Qarabağın iqlim və relyefi müxtəlif turizm məhsullarının inkişafına imkan yaradır - Turizm Bürosu
Müharibənin təsirindən psixoloji travma alan şəxs ən kiçik hadisədən aqressivləşib özünə zərər yetirə bilər - Psixoloq TÖVSİYƏLƏRİ
KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb (FOTO)
Ötən il Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb
Qonşusunu evində boğaraq qətlə yetirən 18 yaşlı gənc tutulub
Hindistanda bir gündə rekord sayda şəxs peyvənd olunub
Qanunsuz ov edən şəxs cəzalandırılıb
Azərbaycanda bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək
Məktəblər açılır, metronun fəaliyyəti bərpa oluna bilərmi? - AÇIQLAMA
AMEA-da direktor və direktor müavini nöqsanlara görə işdən azad edilib
Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər aşkarlanıb
“Keşikçidağ”da tunc dövrünə aid insan qalıqları aşkar edilib (FOTO)
Döyüş zamanı yoldaşının canı sənə əmanət olur – Vətən müharibəsinin iştirakçısı (FOTO)
Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid ailələri ilə görüşüb, məzarlarını ziyarət edib (FOTO)
Türkiyə Braziliyadan uçuşları dayandırır
Belçika koronavirus əleyhinə tədbirləri sərtləşdirilir
Vaşinqtonda yüzlərlə milli qvardiyaçı koronavirusa yoluxdu
Pentaqonun yeni rəhbəri NATO-nun ABŞ üçün əhəmiyyətini vurğuladı
Meksika və ABŞ prezidentləri əməkdaşlığın inkişafını müzakirə ediblər
Kolumbiyanın şərqində neft boru kəməri partladılıb
Vaşinqtonda “20 Yanvar” şəhidlərinin əziz xatirəsi anılıb (FOTO)
İsveçrə məhkəməsi İsrailli iş adamını həbs etdi
ABŞ-da iqtisadi böhran dərinləşir - Bayden
Koronavirus dondurulmuş qida paketlərinin üstundə qala bilər - ÜST
ABŞ KXDR-ə qarşı yeni strategiya hazırlayacaq
ÜST: Dünyada ötən sutka koronavirusa 624 mindən çox yoluxma qeydə alınıb
Finnair sərnişinlərdən koronavirus testinin nəticələrini tələb edəcək
FK "Barselona" keçmiş baş məşqçi Setyenə təzminat ödəməyəcək
ABŞ-da iqtisadiyyatı stimullaşdırmaq üçün təcili tədbirlər görülməlidir
Azad Rəhimovun komaya düşməsilə bağlı xəbərlər həqiqəti əks etdirmir
Türkiyədə son sutkada koronavirusdan 6 018 nəfər sağalıb
Ombudsmanın 2 saylı istintaq təcridxanasına başçəkmə həyata keçirib
Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru saxlanıldı
Məzarlarda qızıl dişlər axtaran ermənilər bütün qəbirləri dağıdıblar - Trend TV Zəngilanda (FOTO)
Abşeronda ikimərtəbəli evdə yanğın olub
Bütün xəbərlər