...

Moskva Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ üzrə dialoqu bərpa etməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Oktyabr 2015 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Moskva Dağlıq Qarabağ münaqişəsi tərəflərini kompromis əldə etmək üçün güc tətbiqindən imtinaya və siyasi iradə göstərməyə çağırır. Trend-in RİA Nosvosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

M.Zaxarova bildirib ki, təəssüf ki, siyasi dialoqun bərpa edilməsi münaqişə zonasında vəziyyətin gərginləşməsi, o cümlədən dinc əhali arasında qurbanların sayının artması ilə çətinləşir: "Bundan sonra eskalasiya yolverilməzdir. Tərəfləri kompromis əldə etmək üçün güc tətbiqindən imtinaya və siyasi iradə göstərməyə çağırırıq".

M.Zaxarova qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Azərbaycan və Ermənistan XİN rəhbərlərinin cari ilin aprel-may aylarında Moskvaya səfərləri zamanı ətraflı nəzərdən keçirilib: "Bu məsələ Sergey Lavrovun xarici həmkarları ilə mövcud təmaslarının da mövzusudur. Biz ABŞ və Fransa ilə bu istiqamətdə qarşılıqlı formada sıx fəaliyyət göstəririk. Bu yaxınlarda BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Rusiyanın xarici işlər naziri ATƏT-in Minsk Qrupu ilə görüş keçirdi. Görüşdə həmsədrlərin bu ay regiona səfəri ərəfəsində nizamlanmanın praktiki məsələləri nəzərdən keçirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti