...

Çavuşoğlu Ermənistanı qeyri-səmimilikdə ittiham etdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2016 18:14 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ermənistan səmimilik sınağından keçə bilmədi. Trend-in "TurkishNY" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Ermənistanın qonşularına qarşı xoş niyyəti yoxdur.

2009-ci ildə imzalanmış Ermənistan-Türkiyə protokollarından danışan nazir qeyd edib ki, Türkiyə ikitərəli əlaqələrin normallaşdırılması üçün Ermənistan qarşısında şərt qoydu: "Şərtə əsasən, Azərbaycan torpaqları işğaldan azad edilməlidir. Lakin Ermənistan bu şərti yerinə yetirmədi. Azərbaycan torpaqları azad edilmədən Ankara və Yerevan arasında əlaqələrin normallaşmasından söhbət gedə bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti