...

XİN: Rusiyanın ali rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Aprel 2016 13:46 (UTC +04:00)
Rusiyanın ali rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərir.
XİN: Rusiyanın ali rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərir

Moskva. Orxan Yolçuyev - Trend:

Rusiyanın ali rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin sabitləşdirilməsi üçün səy göstərir.

Trend-in xüsusu müxbirinin məlumatına görə, bunu Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla bu məsələni müzakirə edəcək: "Ümid edirik ki, Rusiya tərəfinin bu intensiv səyləri artəşkəs rejiminin möhkəm bərqərar olmasına və tərəflərin münaqişənin sülh yolu üzrə danışıqlara qayıtmasına xidmət edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti