...

MN: Atəşkəsin Azərbaycan tərəfindən pozulması iddiası ermənilərin növbəti dezinformasiyasıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Aprel 2016 11:18 (UTC +04:00)
Ermənistan tərəfi atəşkəsin Azərbaycan hərbçiləri tərəfindən pozulması barədə yalan məlumatlar yaymaqda davam edir.
MN: Atəşkəsin Azərbaycan tərəfindən pozulması iddiası ermənilərin növbəti dezinformasiyasıdır

Bakı. Samir Əli - Trend:

Ermənistan tərəfi atəşkəsin Azərbaycan hərbçiləri tərəfindən pozulması barədə yalan məlumatlar yaymaqda davam edir. Erməni KİV-i iddia edir ki, aprelin 5-də təmas xəttində Azərbaycanla Ermənistan arasında əldə edilən qarşılıqlı razılıq əsasında təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə qərar veriləndən sonra guya Azərbaycan tərəfi bu razılaşmaya əməl etmir. Erməni mətbuatı iddia edir ki, guya Azərbaycan tərəfi yenidən atəşkəsi pozmaqda davam edib.

Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən açıqlamada bildirilir ki, bu, ermənilərin yaydığı növbəti dezinformasiyadır: "Bildiririk ki, həmin gündən etibarən Azərbaycan tərəfi atəşkəsə ciddi əməl edir, razılaşmaya sadiq qalıb. Atəşkəs yenə də erməni hərbçiləri tərəfindən pozulur. Bu barədə Ermənistan Kütləvi İnformasiya Vastələrinin yaydığı məlumatlar isə həqiqəti əks etdirmir və dezinformasiyadan başqa bir şey deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti