...

Senator: Ermənistan təxribatlarını dayandırmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Aprel 2016 17:59 (UTC +04:00)
En (Ain) rayonunun Senatoru Silvi Qo-Şavan dinc əhaliyə və Azərbaycan ərazisinə qarşı erməni təcavüzünü qətiyyətli şəkildə pisləyir.
Senator: Ermənistan təxribatlarını dayandırmalıdır

Bakı. Trend:

En (Ain) rayonunun Senatoru, Senatın Xarici Əlaqələr Komitəsinin üzvü Silvi Qo-Şavan dinc əhaliyə və Azərbaycan ərazisinə qarşı erməni təcavüzünü qətiyyətli şəkildə pisləyir.

Bu barədə Trend-ə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.

O, erməni qüvvələrinin qanunsuz şəkildə Dağlıq Qarabağ vilayətini və ətrafındakı yeddi rayonu işğal etdiklərini xatırlatdı. O, Ermənistanı fasiləsiz təxribatlarını dayandırmağa və beynəlxalq hüquqa hörmət edərək öz silahlı qüvvələrinin çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçirməyə çağırır.

Senator regionu xaosa aparan bu faciəli gərginliyə son qoymaq üçün Azərbaycanın birtərəfli qaydada atəşkəs qərarını qəbul etdiyini xatırlatdı və Ermənistanı tərəfini də bunu etməyə çağırır.

Mülki əhalini qıran, qadın və uşaqları öldürməyə tərəddüd etməyən erməni qüvvələri tərəfindən işğal olunan Dağlıq Qarabağ vilayəti və onun ətrafındakı yeddi rayon, sabitlik adası olan, Fransanın iqtisadi tərəfdaşı və terrorizmə qarşı əvəzedilməz müttəfiqi Azərbaycan Respublikasına aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti