...

BQXK azərbaycanlı hərbçinin meyitinin alınması ilə bağlı danışıqları davam etdirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Aprel 2016 11:03 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) aprelin 2-dən 5-dək cəbhə xəttində erməni hərbi birləşmələrinin törətdiyi təxribatın qarşısının alınması ilə bağlı gedən döyüşlərdə ermənilər tərəfindən öldürülən azərbaycanlı hərbçinin meyitinin alınması ilə bağlı yenidən danışıqlar davam etdirilir.

Trend-ə açıqlamasında BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi hazırda münaqişə tərəfləri ilə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı dialoqu davam etdirir: "Həmin dialoq konfedensial olduğuna görə ictimaiyyətə açıqlanmır".

Xatırladaq ki, bir neçə gün öncə Ermənistan tərəfi işğal olunmuş ərazidə bir azərbaycanlı hərbçinin meyitinin aşkar edilməsi barədə məlumat yaymışdı. Azərbaycan tərəfi BQXK-nın vasitəçiliyi ilə hərbçimizin meyitinin alınmasına çalışsa da, Ermənistan tərəfi son anda meyiti Azərbaycan tərəfə verməkdən imtina etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti