...

AŞ PA həmməruzəçiləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdən narahatdırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Aprel 2016 12:41 (UTC +04:00)
AŞ PA-nın Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki son hadisələrdən ciddi narahatdırlar.
AŞ PA həmməruzəçiləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdən narahatdırlar

Bakı. Elmira Tariverdiyeva - Trend:

AŞ PA-nın Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki son hadisələrdən ciddi narahatdırlar.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu AŞ PA-nın Avropa Şurası ölkələri arasında münaqişələr üzrə xüsusi alt komitəsinin rəhbəri Ştefan Şennak deyib. O, həmçinin Azərbaycan üzrə həmməruzəçidir.

Ş.Şennakın sözlərinə görə, atəşkəs rejiminin saxlanması üçün mümkün olan hər şey edilməlidir ki, daha heç kim qoşunların təmas xəttində həlak olmasın.

Qeyd edək ki, aprelin 19-da AŞ PA-da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə qətnamə qəbul edilib. Sənədi 44 deputat imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti