...

Lavrov və Kerri Dağlıq Qarabağ münaqişənin nizamlanmasını müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 May 2016 18:58 (UTC +04:00)

Bakı. Trend:

Rusiya xarici işlər naziri Serqey Lavrov və ABŞ dövlət katibi Con Kerri telefon söhbətinin gedişatında Dağlıq Qarabağ münaqişənin nizamlanması problemini müzakirə ediblər.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, tərəflər arasında Dağlıq Qarabağ münaqişənin nizamlanması problemi və indiki mərhələdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin mümkün addımları daxil olmaqla aktual beynəlxalq məsələlər müzakirə edilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti