...

XİN: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız sülh yolu ilə görür (ƏLAVƏ OLUNUB-2)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 May 2016 17:56 (UTC +04:00)
Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini artıq qəbul edilən beynəlxalq tanınmış sənədlər əsasında yalnız sülh və siyasi-diplomatik yolla görür.
XİN: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız sülh yolu ilə görür (ƏLAVƏ OLUNUB-2)

Moskva. Orxan Yolçuyev - Trend:

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini artıq qəbul edilən beynəlxalq tanınmış sənədlər əsasında yalnız sülh və siyasi-diplomatik yolla görür. Trend-in məlumatına görə, bunu jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, bu beynəlxalq hüquqdan, beynəlxalq hüquq platformasından çıxış edərək münaqişənin müvafiq tənzimlənməsini siyasi-diplomatik metodlarla həyata keçirmək lazımdır: "Ümid edirik ki, belə də ediləcək. Buna digər alternativ yol, məsələn, güc yolu yoxdur".

M.Zaxarova qeyd edib ki, bu məsələ ilə bağlı Rusiya rəhbərliyinin mövqeyi dəqiqdir: "Rusiya vəziyyətin mürəkkəb olduğunu çox gözəl anlayır, hansı metodların vəziyyətin sabitləşməsinə gətirib çıxacağını başa düşür. Məhz bu məcrada hər iki ölkəni narahat edən suala cavab axtarmaq lazımdır. Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolu çox böyükdür, biz son illər ərzində tərəfləri yekun qərarın axtarışına yaxınlaşdıran bir sıra təkliflər etmişik. Təəssüf ki, son vaxtlarda müxtəlif səbəblərdən bu razılaşmalar final mərhələsinə qədər çatmayıb. Amma məhz Rusiya bu prosesi stimullaşdırmaq üçün bu və ya digər təkliflərin daim təşəbbüskarı olub".

Onun sözlərinə görə, Rusiya hərbi-texniki əməkdaşlığı aşkar və hüquqi əsasda həyata keçirir: "Vəziyyətin həllinin açarı siyasi-diplomatik müstəvidədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti