...

XİN: Rusiya Dağlıq Qarabağ münaişəsinin həlli prosesini özündə kilidləməyə çalışmır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyun 2016 17:34 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrlərini kənarlaşdıraraq Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın hər şeyi özündə kilidləməsinə dair narahatlıq əsassız şayiədir.
XİN: Rusiya Dağlıq Qarabağ münaişəsinin həlli prosesini özündə kilidləməyə çalışmır

Bakı. Elmira Tariverdiyeva - Trend:

ATƏT-in Minsk qrupunun həmsədrlərini kənarlaşdıraraq Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın hər şeyi özündə kilidləməsinə dair narahatlıq əsassız şayiədir.

Trend-in Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu RF XİN-in nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, belə üçtərəfli formatdan həssas məsələlərin müzakirəsi üçün əvvəllər də istifadə olunub: "Hər şey Minsk qrupunun digər iki həmsədri ilə sıx təmasda baş verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti