Bakı. Anaxanım Hidayətova - Trend:
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mövcud danışıqlar formatından tam istifadə etmək lazımdır.
Trend-in məlumatına görə, bunu ATƏT-in baş katibi Lamberto Zanyer Vyanada təhlükəsizlik sahəsində problemin icmalı üzrə illik konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bu yaxınlarda baş vermiş toqquşmalar ciddi narahatlıq doğurur: "Münaqişənin nizamlanmasında irəliləyiş lazımdır. ATƏT-in bu məsələdə güclü iştirakı sabitləşdirici rol oynaya bilər".