...

Tərtərdə top mərmisi aşkarlanıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 İyul 2016 00:54 (UTC +04:00)
İyulun 30-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağcabədi və Tərtər rayonlarında bir neçə partlayış yerinə baxış keçirib.
Tərtərdə top mərmisi aşkarlanıb (FOTO)

Bakı. Trend:

İyulun 30-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağcabədi və Tərtər rayonlarında bir neçə partlayış yerinə baxış keçirib.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Ağcabədi rayonu Yuxarı Qiyaməddinli kəndində 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 5 000 kv.m ərazi yoxlanılıb.

Tərtər rayonu Çaylı kəndində 1 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarilə 3 000 kv.m ərazi yoxlanılıb.

30 İyul tarixində 1 əkin və 1 otlaq sahələrində 4 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi) aşkar olunaraq götürülmüş, nəticə etibarilə 8 000 kv.m ərazi yoxlanılmışdır.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 30 iyul 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Şirvan və Bakı şəhərlərində 641 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 467 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Xəbər lenti

Xəbər lenti