...

ABŞ-ın Minsk qrupunda yeni həmsədri təyin olunub (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Dekabr 2016 15:45 (UTC +04:00)
C.Uorliki daimi əvəz edən şəxsin adı sonra açıqlanacaq.
ABŞ-ın Minsk qrupunda yeni həmsədri təyin olunub (YENİLƏNİB)

Bakı. Anaxanım Hidayətova - Trend:

2017-ci ilin yanvarından etibarən səfir Riçard Hoqland müvəqqəti olaraq Amerika Birləşmiş Ştatlarının Avropada Təhlükəsizlik və Tərəfdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun həmsədri vəzifəsini icra edəcək.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, o, dekabrın 31-i sözügedən vəzifədən istefa verən səfir Ceyms Uorliki əvəz edəcək.

R.Hoqland diplomatik sahədə 30 ildən çox təcrübəyə malikdir. O, 2003-2006 illərdə Tacikistanda və 2008-2011-ci illərdə Qazaxıstanda ABŞ-ın səfiri, 2011-2013-cü illərdə isə Pakistanda səfir müavini kimi çalışıb. R.Hoqland bu yaxında Siriyada zorakılığın dayandırılması sahəsində ABŞ-Rusiya əlaqələndirmə fəaliyyətlərinə rəhbərlik edib, Vaşinqtonda Dövlət Departamentində Cənub və Mərkəzi Afrika məsələləri üzrə dövlət katibinin köməkçisinin müavini kimi çalışıb. Bundan öncə isə o, Avropa və Avrasiya məsələləri Bürosunda Qafqaz və Mərkəzi Asiya ofisinə rəhbərlik edib və ABŞ-ın Moskvadakı sSəfirliyinin sözçüsü olub.

Birləşmiş Ştatların Dağlıq Qarabağ münəqişəsinin dinc həlli yolunun tapılması üçün tərəflərlər işlədiyi bir vaxtda R.Hoqlandın diplomatik sahədə topladığı geniş təcrübə mühüm əhəmiyyət daşıyacaq. ABŞ tərəfləri atəşkəsə dair öhdəliklərə sadiq qalmağa, Vyana və Sankt Peterburqda əldə olunan razılıqları icra etməyə, həmçinin bütün tərəflərə fayda gətirən danışıqlar prosesinə dönməyə çağırır.

C.Uorliki daimi əvəz edən şəxsin adı sonra açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti