...

Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2017 13:57 (UTC +04:00)

Bakı. Trend:

Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tədbirlər planı hazırlayıb.

Bu barədə Trend-ə İdarədən məlumat verilib.

Bildirilir ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirəcək. Fevralın 26-da İdarənin kollektivi Xocalı soyqırımının qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edəcək. İdarənin tabeliyində olan mədəniyyət evləri, uşaq musiqi və incəsənət məktəbləri, kitabxanalar, muzeylər və Heydər Əliyev mərkəzlərində sərgilər, anım gecələri, dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, məlumat saatları və mühazirələr keçiriləcək.

Həmçinin, İdarənin şəbəkəsinə daxil olan müəssisələrdə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin və “Yaddaş” sənədli filmlər studiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli filmlər nümayiş olunacaq.

Tədbirlərin keçirilmə tarixi və saatı Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəsmi internet saytında yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti