...

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışlı mərhələsi keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyun 2017 11:59 (UTC +04:00)
İyunun 19-da başlayan genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi keçirilib.
Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışlı mərhələsi keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

İyunun 19-da başlayan genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcədə digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Müasir ümumqoşun əməliyyatlarının tələblərinə riayət edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan fəaliyyəti nəzərə alınmaqla qoşunların, eləcə də idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.

Müasir avadanlıqlarla təchiz edilmiş müxtəlif poliqonlar və təlim sahələrində döyüş atışları, bölmələrin və atəşin manevrləri icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti