...

Tərtərdə əl qumbarası aşkarlanıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Avqust 2017 16:34 (UTC +04:00)
Tərtərin Şıxarx qəsəbəsində əl qumbarası aşkar olunub.
Tərtərdə əl qumbarası aşkarlanıb (FOTO)

Bakı. Trend:

Tərtərin Şıxarx qəsəbəsində əl qumbarası aşkar olunub.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Tərtər rayonu Şıxarx qəsəbəsində əl qumbarasının aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti