...

Məmmədyarov: Sarkisyan məsuliyyətsiz şəkildə birgə bəyanatın çərçivəsindən kənara çıxdı (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Oktyabr 2017 13:55 (UTC +04:00)
Sarkisyan məsuliyyətsiz şəkildə Dağlıq Qarabağ münaqişəsi üzrə birgə bəyanatın çərçivəsindən kənara çıxıb.
Məmmədyarov: Sarkisyan məsuliyyətsiz şəkildə birgə bəyanatın çərçivəsindən kənara çıxdı (YENİLƏNİB)

Bakı. Ləman Zeynalova - Trend:

Ermənistan prezidenti Serj Sarkisyan məsuliyyətsiz şəkildə Dağlıq Qarabağ münaqişəsi üzrə birgə bəyanatın çərçivəsindən kənara çıxıb.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, bu, prezidentlərin birgə bəyanatı idi: “Serj Sarkisyanın məsuliyyətsiz şəkildə bu bəyanatın çərçivəsindən kənara çıxması düzgün deyil”.

O qeyd edib ki, münaqişənin nizamlanması üzrə danışıqlar substantiv olmalıdır:

"ATƏT-in Minsk qrupunun həmsədrlərindən xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi üzrə təklif var. Əsas odur ki, konkret danışıqlar aparılsın”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti