...

XİN: Braziliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Noyabr 2017 13:36 (UTC +04:00)
Braziliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
XİN: Braziliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir (YENİLƏNİB)

Bakı. Ləman Zeynalova - Trend:

Braziliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Braziliyanın xarici işlər naziri Aloyzio Nunyes Ferreyra Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.

Nazir deyib: "Braziliya çox sülhsevər ölkədir. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq ATƏT-in Minsk qrupu çərçivəsində müsbət həll olunmasını istəyirik".

Qeyd edək ki, Braziliyanın xarici işlər naziri Aloyzio Nunyes Ferreyra bu gün Bakıya rəsmi səfərə gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti