...

ATƏT PA: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərin artırılması vacibdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Noyabr 2017 19:15 (UTC +04:00)
Həll edilməmiş münaqişələrin nizamlanması istiqamətində səylərin artırılması vacibdir.
ATƏT PA: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərin artırılması vacibdir

Bakı. Trend:

Həll edilməmiş münaqişələrin nizamlanması istiqamətində səylərin artırılması vacibdir.

Trend-in məlumatına görə, bu barədə Kopenhagendə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Daimi Komitəsinin iclasında çıxış edən ATƏT Parlament Assambleyasının (PA) prezidenti Georgi Tsereteli bildirib.

O qeyd edib ki, Ukrayna, Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələr hər zaman ATƏT-in diqqət mərkəzində olmalıdır:

“Əsas prioritetlərimdən biri bu problemlərin həllində ATƏT-in tam iştirakını təmin etməkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti