...

Monitorinq insidentsiz başa çatıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Mart 2018 12:15 (UTC +04:00)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.
Monitorinq insidentsiz başa çatıb

Bakı. Trend:

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq baş tutub.

Füzuli rayonu ərazisində keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Martin Şuster, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti