...

Lesotolu nazir: Dağlıq Qarabağ münaqişəsi beynəlxalq sülhə təhdid törədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Aprel 2018 12:55 (UTC +04:00)
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq sülhə təhdid törədir.
Lesotolu nazir: Dağlıq Qarabağ münaqişəsi beynəlxalq sülhə təhdid törədir

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq sülhə təhdid törədir.

Trend-in məlumatına görə, bunu Lesotonun beynəlxalq əməkdaşlıq və xarci işlər naziri Leseqo Makqhoti Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələr qəbul etdiyini bildirən L.Makqhoti münaqişənin həllinin uzanmasından təəssüf hissi keçirdiyini diqqətə çatdırıb.

Lesotolu nazir dünyada münaqişələrin həlli istiqamətində BMT-nın səylərini artırmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, dünyada sülhün və sabitliyin təmin edilməsi üçün əməkdaşlığa ehtiyac var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti