...

Sloveniyanın dövlət katibi: ATƏT məkanında həlli uzanmış münaqişələrin həllinə tam diqqət verilməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Aprel 2018 14:07 (UTC +04:00)
ATƏT məkanında həlli uzanmış münaqişələrin həllinə tam diqqət verilməlidir.
Sloveniyanın dövlət katibi: ATƏT məkanında həlli uzanmış münaqişələrin həllinə tam diqqət verilməlidir

Bakı. Ləman Zeynalova - Trend:

ATƏT məkanında həlli uzanmış münaqişələrin həllinə tam diqqət verilməlidir.

Trend-in məlumatına görə, bunu ATƏT-in Əməkdaşlıq və Təhlükəsizlik Forumunda Sloveniyanın sədrliyinin açılışı mərasimində ölkənin xarici işlər nazirliyinin dövlət katibi Andrey Loqar deyib:

“ATƏT regionunda həlli uzanmış münaqişələr, silahlanma üzərində nəzarətlə bağlı problemlər, etimad və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi ilə bağlı böhran, radikallaşmanın güclənməsi, terrorçuluq fəaliyyətinin genişləndirilməsi bizim tam diqqətimizi tələb edən məsələlərdən bəziləridir. İndi üzv dövlətlər arasında açıq dialoq üçün hər zamankından daha çox tələbat var”.

Qeyd edək ki, ATƏT məkanında həlli uzanmış münaqişələrdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti