...

Müdafiə Nazirliyi: Cəbhə xəttində heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2018 18:20 (UTC +04:00)
Cəbhə xəttində heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir.
Müdafiə Nazirliyi: Cəbhə xəttində heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir

Cəbhə xəttində heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir.

Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Nazirliyin bəyanatında qeyd olunur: "Ermənistanda hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmir.

Bununla əlaqədar bildiririk ki, bütün cəbhəboyu zonada əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır, bölmələrimiz atəşkəs rejiminə ciddi riayət edir, gərginliyin artmasının tərəfdarı deyilik və cəbhə xəttində Müdafiə Nazirliyi tərəfindən heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir".

Müdafiə Nazirliyi bəyan edir ki, qoşunların təmas xəttində vəziyyətin kəskinləşməsinə yönələn istənilən düşmən təxribatının qarşısı dərhal, qətiyyətlə və sərt şəkildə alınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti