...

Füzulidə top mərmisi tapılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 May 2018 16:45 (UTC +04:00)
Füzulinin Böyük Bəhmənli kəndində əkin sahəsində 1 ədəd 125 mm-lik top mərmisi (OF-26) aşkar olunub.
Füzulidə top mərmisi tapılıb (FOTO)

Bakı. Trend:

Füzulinin Böyük Bəhmənli kəndində əkin sahəsində 1 ədəd 125 mm-lik top mərmisi (OF-26) aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 2018-ci il 05 may tarixində saat 12:54-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Böyük Bəhmənli kəndində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (OF-26) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti