...

Ekspert: Cəbhə xəttində qarşıdurma Ermənistan üçün son dərəcə ağır nəticələnə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Yanvar 2019 14:00 (UTC +04:00)
Ermənistan ordusundakı problemləri nə əvvəlki hakimiyyət həll etdi, nə də indiki rəhbərlik həll edir.
Ekspert: Cəbhə xəttində qarşıdurma Ermənistan üçün son dərəcə ağır nəticələnə bilər

Bakı. Trend:

Ermənistan ordusundakı problemləri nə əvvəlki hakimiyyət həll etdi, nə də indiki rəhbərlik həll edir.

Trend-in məlumatına görə, bunu erməni ekspert Armen Ayvazyan deyib.

O bildirib ki, Silahlı Qüvvələrin real ehtiyatının olmaması bir çox mütəxəssislərdə narahatlıq doğurur, lakin problemin həlli üçün hakimiyyətin hər hansı fəaliyyəti müşahidə olunmur: "Uzunmüddətli müharibədə Azərbaycan qarşısında davam gətirə bilmək üçün peşəkar ehtiyat hissələr vyaratmaq lazımdır".

A.Ayvazyan qeyd edib ki, əgər cəbhə xəttində qarşıdurma olsa, bu, Ermənistan üçün son dərəcə ağır nəticələnə bilər: "Anlamaq lazımdır ki, döyüş fəaliyyətinin bərpası ilə bağlı təhlükə hər an var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti