...

Los Ancelesdə aksiya zamanı azərbaycanlı qadına əl qaldıran erməni artıq saxlanılıb - Leyla Abdullayeva

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyul 2020 13:55 (UTC +04:00)
Los Ancelesdə aksiya zamanı azərbaycanlı qadına əl qaldıran erməni artıq saxlanılıb - Leyla Abdullayeva

Bakı. Asif Mehman - Trend:

Los Ancelesdə aksiyanı konsulluq deyil, soydaşlarımız təşkil edib.

Erməni təxribatı ilə bağlı konsulluq məlumat alan kimi polisə müraciət edib. Konsulluq əməkdaşları avtobuslar da təşkil ediblər.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən birifinqdə XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, təxribat başlayan zaman avtobuslar çağırılıb. Avtobuslar 15 dəqiqəyə gəlməli olsa da, radikal qüvvələr qarşısını aldığı üçün gələ bilməyib. Polis də aksiyaçıları digər əraziyə yönəldib. Bu, həm də vətəndaşlarımızın cəsarətini nümayiş etdirir:

"Los Ancelesdə aksiya zamanı azərbaycanlı qadına əl qaldıran erməni əsilli şəxs artıq saxlanılıb və həmin şəxsin məhkəməsi olacaq".

Leyla Abdullayeva qeyd edib ki, Azərbaycanın Belçikada diplomatik nümayəndəliyinin yanında radikal erməni qüvvələri tərəfindən törədilən təxribat zamanı da 6 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti