...

Ermənilər yaşayış məntəqələrini atəşə tutmaqda davam edir - Ağdam RİH

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Sentyabr 2020 12:59 (UTC +04:00)
Ermənilər yaşayış məntəqələrini atəşə tutmaqda davam edir - Ağdam RİH

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənilərin Ağdam rayonunu atəşə tutması nəticəsində 1 nəfər mülki şəxs həlak olub, 10 nəfər isə yaralanıb.

Bunu Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə şöbəsinin müdiri Mənsur Quliyev deyib.

Onun sözlərinə görə, atəş nəticəsində 8 ev tamamilə dağılıb, 26 evə ziyan dəyib:

"Sentyabrın 28-dən başlayaraq, Ağdam rayonunun bütün- 25 yaşayış məntəqəsi atəşə tutulub. Evlərlə yanaşı, yardımçı tikililərə də ziyan dəyib. Bununla yanaşı, Ağdamın Təzəkənd kəndinin modul tipli orta məktəbinin həyətinə də mərmi düşüb. Nəticədə məktəb binasına da ziyan dəyib”.

M.Quliyev deyib ki, hazırda da ermənilər yaşayış məntəqələrini atəşə tutmaqda davam edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti