...

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə bağlı qapalı iclas keçirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Sentyabr 2020 02:57 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda vəziyyətlə bağlı qapalı formatda müzakirələr keçirib.

Trend-in məlumatına görə, BMT Təhlükəsizlik Şurası Ermənistanı və Azərbaycanı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Sentyabr ayında Təhlükəsizlik Şurasının sədri, Nigerin BMT-dəki daimi nümayəndəsi Abdou Abarri keçirilən qapalı məsləhətləşmələrin nəticələri barədə jurnalistlərə açıqlamasında deyib ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Baş katibin münaqişə tərəflərinə hərbi əməliyyatların dərhal dayandırılması, gərginliyin azaldılması və təxirə salınmadan danışıqlara qayıtması üçün müraciətini dəstəkləyir.

Qeyd edək ki, görüş təşəbbüsü ilə bir sıra Avropa ölkələri çıxış edib. Məsləhətləşmələrdə Təhlükəsizlik Şurası ölkələrindən 15 diplomat iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti