...

Ermənistanın Gəncəni atəşə tutması müharibənin genişlənməsinə səbəb ola bilər - Yaponiya KİV

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2020 10:01 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Ermənistan ordusunun Azərbaycanın ikinci şəhəri olan Gəncəyə raket və artilleriya hücumu müharibənin genişlənməsinə səbəb ola bilər.

Trend-in məlumatına görə, bu barədə Yaponiyanın nüfuzlu JIJI RESS agentliyi və NHK telekanalı məlumat yayıb. Məlumatlarda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə istinadla hücum nəticəsində bir nəfərin həlak olduğu və bir beçə nəfərin yaralandığı qeyd edilib. Vurğulanıb ki, Gəncə şəhərinin Ermənistan ordusu tərəfindən bombardman edilməsi Dağlıq Qarabağ uğrunda münaqişənin genişlənməsi məqsədi daşıyır.

Bununla yanaşı, məlumatlarda Ermənistan ordusunun Azərbaycanın döyüş bölgəsinə yaxın ərazilərdə yerləşən digər şəhərlərini də ağır artilleriyadan və raketlərdən atəşə tutduğu əksini tapıb.  

Məqalədə:
Xəbər lenti

Xəbər lenti