...

BMT baş katibi Dağlıq Qarabağda döyüş əməliyyatlarının ərazisinin genişlənməsi ilə bağlı narahatlıq duyur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2020 11:26 (UTC +04:00)

Bakı. Nərgiz Sadıxova - Trend:

BMT baş katibi Dağlıq Qarabağ münaqişəsi çərçivəsində döyüş əməliyyatlarının ərazisinin genişlənməsi barədə xəbərlərdən narahatlıq duyur.

Trend bu barədə BMT-nin bəyanatına istinadən məlumat verir.

Mətbuat katibi Stefan Düjarrik bildirib ki, təşkilatın baş katibi münaqişə zonasında davam edən gərginliyi kəskin pisləyir:

“O, döyüş əməliyyatlarının ərazisinin genişlənməsi, eləcə də yaşayış məskənlərinin atəşə tutulması barədə xəbərlərdən ciddi narahatlıq duyur. O münaqişə tərəflərinə mülki vətəndaşların və infrastrukturun müdafiəsi ilə bağlı öhdəlikləri xatırladıb. Baş katib münaqişə tərəflərini gərginliyi dayandırmağa, bütün regional iştirakçıları vəziyyətə təsir göstərməyə çağırıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti