...

Ermənilərin törətdiyi Gəncə terroru barədə video dünya ictimaiyyətinə çatdırılır (VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Oktyabr 2020 09:33 (UTC +04:00)
Ermənilərin törətdiyi Gəncə terroru barədə video dünya ictimaiyyətinə çatdırılır (VİDEO)

Bakı. Samir Əli - Trend:

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdiyi terror aktı ilə bağlı fransız, ispan, alman, rus, ingilis, ərəb dillərində hazırladığı video dünya ictimaiyyətinə çatdırılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, erməni hərbi birləşmələri tərəfindən törədilmiş cinayətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə hazırlanmış videoçarx böyük marağa səbəb olub, eləcə də rəqəmsal mediada kütləvi yayılıb.

Video ilə bağı Türkiyənin “Haber Global” televiziya kanalında da süjet hazırlanaraq ictimaiyyətə təqdim olunmuşdur. Həmin videosüjeti təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti