...

Avropalı liderlər Qarabağda terrorçu bazasının yaradılmasının qarşısını almaq üçün Ermənistan təzyiq göstərməlidir - Piter Teys

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Oktyabr 2020 13:17 (UTC +04:00)
Avropalı liderlər Qarabağda terrorçu bazasının yaradılmasının qarşısını almaq üçün Ermənistan təzyiq göstərməlidir - Piter Teys

Bakı. Trend:

Avropa ölkələrinin rəhbərləri Azərbaycanın suveren ərazisində - Dağlıq Qarabağda terrorçu bazasının yaradılmasının qarşısını almaq məqsədilə Ermənistan təzyiq göstərməlidir.

Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

O bildirib ki, aparıcı Avropa İttifaqı ölkələrinin liderləri Dağlıq Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu təsdiq edən tarixi faktları saxtalaşdırmağa cəhd göstərməklə ciddi səhvə yol verirlər:

“Avropalı liderlər Azərbaycanın suveren ərazisində terrorçu bazasının yaradılmasının qarşısını almaq məqsədilə Ermənistana təzyiq göstərməlidir. Əgər Ermənistan ASALA terror təşkilatının bazasını Azərbaycan ərazisində yerləşdirsə, bu, bütün Avropa qitəsi üçün faciəvi olacaq. Azərbaycan xalqı və hökuməti Ermənistanın təcavüzü və raket hücumlarına təmkinli reaksiya göstərir və beynəlxalq ictimaiyyət tərəfindən ədalətli münasibət tələb edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti