...

Paşinyan anti-Rusiya kampaniyasına başlayıb - Qarabağdakı məğlubiyyətlərin səbəbkarını "tapıb"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Noyabr 2020 10:29 (UTC +04:00)

Bakı. Trend:

Nikol Paşinyan Dağlıq Qarabağdakı uğursuzluqlarının səbəbkarını "tapıb". Artıq Ermənistanda açıq-aşkar Rusiyanı günahlandırmağa başlayıblar.

Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-də məlumatlar dərc olunub.

Bildirilir ki, Yerevan anti-Rusiya kampaniyasını yerli politoloqların əli ilə aparır. Belə ki, erməni politoloq, Soros fondu tərəfindən maliyyələşdirilən Stepan Qriqoryan öz müsahibəsində Rusiyanı etibarsız tərəfdaş olmaqda ittiham edib.

O bildirib ki, gözlənilənlərin əksinə olaraq Rusiya Ermənistanı Dağlıq Qarabağ məsələsində dəstəkləməkdən imtina edib.

Bundan başqa, politoloq Rusiyanın Ermənistanı təchiz etdiyi silah və hərbi texnikanın keyfiyyətsizliyindən şikayət edib:

“Rusiyanın silahları Türkiyə və İsrailin Azərbaycana tədarük etdiyi silahlardan geri qalır. Dronlar, özügedən qurğular özünü çox yaxşı göstərir, amma Rusiyanın texnikası isə yox. Rusiya həm siyasi, həm də hərbi tərəfdaş kimi etibarsızdır”.

Qeyd edək ki, döyüşlər müddətində Yerevan Qarabağ məsələsi ilə bağlı dəfələrlə Rusiyaya kömək üçün müraciət etsə də, Moskva köməyin yalnız Ermənistan ərazisinə təhdid ola biləcəyi təqdirdə ediləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti