...

Dağlıq Qarabağda atəşkəs rejiminə əməl olunur - Rusiya Müdafiə Nazirliyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Noyabr 2020 16:41 (UTC +04:00)

Bakı. Trend:

Dağlıq Qarabağda atəşkəs rejiminə əməl olunur.

Trend-in məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

O əlavə edib ki, sülhməramlı əməliyyatların keçiriləcəyi ərazilərdə müşahidə postlarının qurulması başa çatıb. Postlarda vəziyyətin 24 saatlıq monitorinqi aparılır.

Noyabrın 10-dan sülhməramlı qüvvələrin və texnikanın gətirilməsi üçün 140-dan çox reys həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti