...

Mən axı dedim ki ölməmişəm, sadəcə uzağdayam...Şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə..."

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Dekabr 2020 23:00 (UTC +04:00)
Mən axı dedim ki ölməmişəm, sadəcə uzağdayam...Şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə..."

Bakı. Trend:

Azərbaycan yazıçı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.

Bu material Kamil Şirinova həsr edilmişdir...

Kapitan Kamil Şirinov ölümündən sonra Qarabağ ordenı ilə təltif edilmişdir.

- Salam, Kamil.

- Salam.

- Hərbçilik həyat tərzimi yoxsa həyatın mənasımı?

- Mənim üçün həyatımın mənası elə həyat tərzim olub.

- Mən Zəhra ilə danışmışam...

- Necədir deyə soruşmayacam, bilirəm. Sadəcə bilmək istəyirəm, çox ağlayır?

- Yox, ağlamır. Axı o sizə söz verib...

- Mərd qadındır. Mən ona demişdim ki, heç kimin yanında ağlayıb eləməsin. Fəxr etsin ki şəhid yoldaşıdır.

- Çünki şəhidlər ölməz...

- Hə, sadəcə məmləkətin dəyişir (gülümsəyir).

- Bilirsiniz Zəhra sizin olmamağınıza inanmır...

- İnanmasın, mən həmişə onların yanında olacağam. Zəhra hər şeyi əvvəldən bilirdi... Mən son günlər sakit idim, az danışırdım, amma ona dedim ki, mənim oğlumla bir şəklim var, şəhid zirvəzinə galxanda o şəkli paylaşsın.

- Bilirdiniz?

- Hiss edirdim, hazir idim. Vətənə canım gurban.

- Kamil, ürəyinizdən nə isə keçir? Bəlkə demədiyiniz sözləriniz galıb?

- Bir az heyfsilənirəm ki, mühaibənin axırınacan gedə bilmədim. Qismət... Bir də bilirəm ki, Zəhraya cətin olacaq iki oğul böyütmək...

- Sizin yoldaşınız çox güclü bir insandır. Sonra da, o sizi demək olar ki, birinci görüşdən bəyənib.

- Hə, mənim hərbçi olduğumu bilib sevindi (gülür).

- Kamil, siz bilən sevqi nə deməkdir?

- Siz onu Zəhradan soruşun, o məni yuxuda görüb. Mən axı dedim ki ölməmişəm, sadəcə uzağdayam. Amma onlara qarşı olan sevgim və dualarım, əbədidir...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti